DÇ-2022-də növbəti sensasiya: Belçika qrupda qaldı

DÇ-2022-də növbəti sensasiya: Belçika qrupda qaldı

Dünya çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. Belçika Xorvatiya, Mərakeş Kanada ilə qarşılaşıb.

Avropalıların duelində azarkeşlər qarşılıqlı hücumlar izləyib. Hər iki tərəf meydana qələbə üçün çıxdığını göstərib. Komandaların səylərinə baxmayaraq matçda hesab açılmayıb.

Mərakeş isə Kanada ilə görüşə üstün başlayıb. Afrikalılar hesabı erkən açıb. 4-cü dəqiqədə Hakim Ziyeş fərqlənib. Bundan bir qədər sonra Yusif Əl-Nəsiri adını tabloya yazdırıb – 2:0. Şimali amerikalıların gücü yalnız təsəlli qoluna çatıb. Nayef Aqer avtoqol müəllifi olub – 1:2.

Bununla da, Mərakeş qrupda 1-ci, Xorvatiya isə 2-ci yeri tutaraq pley-offa yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

“Real” Portuqaliyalı ulduzu istəyir

Növbəti yazı

Kurtua 100-ə çatdı