Dani Alveslə bağlı yeni qərar
Dani Alves həbsdən buraxılacaq. “Barselona”nın sabiq müdafiəçisi girov qarşılığında azadlığa çıxacaq.
O, yekun hökm verilənə qədər həbsdə olmayacaq. Bu qərarı Barselona məhkəməsi verib.
Bunun üçün Alves 1 milyon avro ödəyəcək. Zorlamada günahkar hesab olunan futbolçu 4,5 il müddətinə azadlıqdan məhrum edilib.