Dani Alvesin müqaviləsinə xitam verildi
Braziliyanın “San-Paulu” klubu Dani Alveslə yollarını ayırıb. Təcrübəli müdafiəçi ilə müqaviləyə xitam verilib.
38 yaşlı arxa xətt oyunçusu ilə anlaşma 2022-ci ilin sonunda başa çatmalı idi. Lakin klub rəhbərliyi Dani ilə vidalaşmağa üstünlük verib.
Buna oyunçunun komandanın düşərgəsinə qayıtmaqdan imtinası səbəb olub. Alves maaşının ödənilməyən hissəsinə görə yığılan borclar verilmədiyi üzündən belə addım atıb.
Xatırladaq ki, Dani 2019-cu ilin yayından “San-Paulu”nun şərəfini qoruyurdu.