Dani Alves qərarını verdi
Braziliya millisinin sabiq futbolçusu Dani Alves gələcək karyerasına aydınlıq gətirib. “Barselona” və “Yuventus” kimi klublarda oynamış müdafiəçi 2021-ci ilin sonuna qədər heç bir komandada oynamayacaq.
“San-Paulu” ilə müqaviləsinə xitam verdikdən sonra azad agent olan Dani karyerasına gələn il davam etmək fikrindədir.
38 yaşlı müdafiəçi futbolla vidalaşmağa tələsmir. O, daha bir neçə il oynamaq arzusunda olduğunu bəyan edib.
Xatırladaq ki, Braziliya millisində 118 oyun keçirən Dani 8 qol vurub.