Damsqard Premyer Liqa yolunda
“Sampdoriya”nın hücumçusu Mikkel Damsqard komandadan ayrıla bilər. O, “Brentford”a keçməyə yaxındır.
Klublar futbolçunun transferi ilə bağlı razılığa gəlib. Tərəflər 16,7 milyon funt-sterlinq məbləğində anlaşıb. Danimarkalı yaxın vaxtlarda tibbi müayinədən keçmək və klubla müqavilə imzalamaq üçün İngiltərəyə uçacaq.