“Dallas” klubsuzları baxışa çağırdı

“Dallas” klubsuzları baxışa çağırdı


“Dallas” klubsuz qalan təcrübəli basketbolçuları baxışa çağırıb. Ayzeya Tomas, Lens Stivenson, və Monta Ellis komandanın məşqlərində iştirak edib. Baxış zamanı hələlik yalnız Tomas özünü yaxşı tərəfdən göstərə bilib. Apreldən klubsuz olan oyunçunun ötən ay “Leykers”ə keçidi baş tutmayıb. Ayzeya ötən mövsüm “Nyu-Orlean”da 3 oyun keçirib və hər matçda orta hesabla 7,7 xal toplayıb.
2019-cu ilin aprelindən klubsuz olan Stivenson sonuncu dəfə “Leykers”in formasını geyinib. Ellis isə 4 illik fasilədən sonra NBA-ya qayıda bilər. 2007-ci ildə ən çox tərəqqi edən basketbolçu seçilən Monta 2017-ci ilin aprelindən sonra yarışdan kənarda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Zverevdən ardıcıl 13-cü qələbə

Növbəti yazı

32 səpələnmiş tennisçidən 17-si “US Open”lə vidalaşdı