Daliçlə müqavilə uzadıldı
Zlatko Daliç Xorvatiya millisindəki işini davam etdirəcək. Mütəxəssislə müqavilə uzadılıb.
56 yaşlı çalışdırıcı 2026-cı ilin yayına qədər postunda qalacaq. O, 2017-ci ildən yığmaya rəhbərlik edir.
Xorvatiya millisi Daliçin rəhbərliyi altında DÇ-2018-də gümüş, DÇ-2022-də bürünc qazanıb.