“Dalğa Arena”da sülh
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir. “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib.
Görüş qarşılıqlı hücumlarla başlayıb. Hesab 11-ci dəqiqədə açılıb. Samuel Tetteh qonaqları önə çıxarıb. Meydan sahiblərinin buna cavabı hissənin sonlarında gəlib. Elvis Maşike adını tabloya yazdırıb. İkinci yarıda “Qəbələ” meydanda azlıqda qalıb. Lukas Afriko birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Tərəflərin səylərinə baxmayarq oyunda hesab dəyişməyib – 1:1.