“Dalğa Arena”da qollu sülh
Azərbaycan Premyer Liqasında XX turun növbəti matçı keçirilib. Son oyun gününə “Daığa Arena”da start verilib.
“Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edib. Görüşün ilk yarısında qonaqlar hesabı açıblar. İssa Suliman fərqlənib.
Fasilədən sonra meydan sahibləri qol sevinci yaşayıb. Vanderson Melo hesaba tarazlıq gətirib – 1:1.
Qeyd edək ki, turun bu gün baş tutacaq son matçında “Neftçi” “Qəbələ”ni qəbul edəcək.