“Dalğa Arena”da iki qol

“Dalğa Arena”da iki qol

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. F qrupunda yer alan millimiz Bakıda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Dalğa Arena”da keçirilən görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra millimiz 3 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, U-21 komandamız qrupda növbəti oyununu oktyabrın 12-də səfərdə Şimali İrlandiyaya qarşı keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 11.09.2024

Növbəti yazı

Salah “100”ə çatdı