Cordanın uğuru təkrarlandı

Cordanın uğuru təkrarlandı

“Çikaqo”nun basketbolçusu Nikola Vuçeviç əfsanəvi Maykl Cordanın uğurunu təkrarlayıb. Monteneqrolu oyunçu “İndiana” ilə qarşılaşmada 36 xal, 17 ribaund, 3 blok-şot və 4 ötürməyə imza atıb.

Onun 37 dəqiqə meydanda olduğu matçda “Bulls” 122:115 hesabı ilə qalib gəlib. Nikola “Çikaqo”nun heyətində son 26 ildə bir qarşılaşmada ən azı 35 xal, 15 ribaund və 3 blok-şota imza atan ilk oyunçudur. Buna sonuncu dəfə Cordan nail olub. Əfsanə 1996-cı ildə belə göstərici ilə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Zverevdən asan qələbə

Növbəti yazı

Kalyexona 2 illik müqavilə təklifi