Cordan və Pippen cütünün nailiyyəti təkrarlandı

Cordan və Pippen cütünün nailiyyəti təkrarlandı

Zak Lavin və Demar Derozan “Çikaqo”nun tarixinə düşüb. Onlar klub tarixində ardıcıl 7 oyunda hərəyə 20 və ya daha çox xal toplayan ikinci cütlükdür.

Bunadək “Bulls”da yalnız bir duet buna nail olub. Ötən əsrin 90-cı illərində əfsanələr Maykl Cordan və Skotti Pippen rəqiblər üçün kabus cütlüyə çevrilib. Bu nailiyyət Zakla Demar tərəfindən təkrarlanıb.

Qeyd edək ki, “Çikaqo” cari mövsümün 11 oyununda 8 qələbə qazanıb və Şərq konfransında ikinci pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Lempard autsayderin təklifindən imtina etdi

Növbəti yazı

Xavidən ilk cəza