Corc Brayantı keçdi

Corc Brayantı keçdi

“Klippers”in basketbolçusu Pol Corc 5 oyunluq fasilədən sonra meydana qayıdıb. Zədə üzündən kənarda  qaldıqdan sonra heyətə dönən hücumçu “San-Antonio” ilə qarşılaşmada iştirak edib. Los-Anceles təmsilçisi bu matçda 92:116 hesabı ilə uduzub.

Corc 25 xal, 6 ribaund, 6 ötürmə və 3 topalmaya imza atıb. O, üç uzaq atışdan dəqiq olub. Bununla da Pol NBA tarixində ən çox üçxallıq atış edənlər siyahısında 19-cu yerə yüksəlib. O, əfsanəvi Kobi Brayantı arxada qoyub.

ETOPAZ

Əvvəlki yazı

Federasiyada yeni prezident

Növbəti yazı

“Australian Open”də püşkatma tarixi