Conni “Miluoki”yə lazım olmadı
“Miluoki” basketbolçusu Conni O’Brayantla yollarını ayırıb. 28 yaşlı hücumçu komandada bir aydan az müddət keçirib.
Sentyabrın 29-da “Baks”a qoşulan forvard 2 yoxlama oyunu keçirib. O, bu qarşılaşmalarda ümumilikdə 8 xal toplayıb.
NBA-da 4 mövsüm keçirən Conni 2014-16-cı illərdə də “Miluoki”də çıxış edib. O, ötən mövsümdə Serbiya “Srvena Zvezda”sı və Türkiyə təmsilçisi “Türk Telekom”un formasını geyinib.