Cokoviçin planları

Cokoviçin planları

“Böyük dəbilqə” turnirlərinin 20 qat qalibi Novak Cokoviçin cari mövsümlə bağlı planları bəlli olub. Bunu serbiyalı tennisçinin özü açıqlayıb.

Bir müddət fiziki hazırlıq keçdikdən sonra raketka ilə məşqlərə başlayan Novak Parisdə, Turindəki yekun turnirində və Devis kubokunda çıxış etməyi planlaşdırır. Bu üç yarış tennisçinin 2021-ci ildəki son sınaqları olacaq.

Xatırladaq ki, “US Open”dən sonra Belqradda olan Cokoviç tennis mərkəzi və gələcək akademiyanın işlərini həll edib və vaxtını ailəsi ilə keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”dən Maunta cəlbedici təklif

Növbəti yazı

“Mançester Siti”nin hədəfi