Cokoviçdən rekord

Cokoviçdən rekord

Novak Cokoviç Uimbildon tennis turnirinin finalına yüksəlib. Serbiyalı tennisçi Böyük Britaniyada 9-cu dəfə bu şansı qazanıb.

Cokoviç yarımfinalda italiyalı Yannik Sinnerə qalib gəlib. O, rəqibindən hər üç setdə üstün olub – 6:3, 6:4, 7:6. Serbiyalı raketka ustası “Böyük Dəbilqə” yarışlarında 35-ci dəfə finalda oynayacaq. Bu, kişi və qadın tennisçilər arasında mütləq rekorddur. Amerikalı Kris Evert 34, onun həmyerlisi Serena Uilyams isə 33 dəfə həlledici matçda mübarizə aparıblar.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”nın qapıçısına Bundesliqadan müştəri

Növbəti yazı

Kamara “Udineze”də