Cokoviç Lendlə çatdı
Dünyanın birinci raketkası Novak Cokoviç ATP yekun turnirinə qələbə ilə başlayıb. Serbiyalı tennisçi ilk turda Kasper Ruudu məğlub edib – 7:6, 6:2.
Bu, Novakın yekun turnirlərində 39-cu qələbəsi olub. Serbiyalı bu göstəricidə İvan Lendlə çatıb. “ATP Finals”ın mütləq rekordu Rocer Federerə məxsusdur. Onun hesabında 59 qələbə var.