Cokoviç “Australian Open”də iştirak etməyəcək

Cokoviç “Australian Open”də iştirak etməyəcək

Dünyanın birinci raketkası Novak Cokoviç “Australian Open”də iştirak etməyəcək. Bu gün baş tutan məhkəmə immiqrasiya nazirinin qərarını qüvvədə saxlayıb.

Vizası ləğv edilən serbiyalı Avstraliyadan deportasiya ediləcək. Yarışın əsas setkasında onu lakı-luzer Salvatore Karuzo əvəzləyəcək. 30 yaşlı idmançı mübarizəyə birinci sıradan qatılacaq. O, serbiyalı Miomir Ketsmanoviçlə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”dan qol rekordu

Növbəti yazı

Naşondan iki rekord