ÇL-in 5-ci turunun hakimləri müəyyənləşdi

ÇL-in 5-ci turunun hakimləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarının hakimləri müəyyənləşib. C qrupunda yer alan “Barselona” – “Bavariya” oyununu Entoni Teylorun rəhbərlik etdiyi ingilis hakimlər briqadası idarə edəcək. Andreas Ekberq eyni qrupda yer alan “İnter” – “Viktoriya” matçının baş hakimi təyin olunub.

Daniele Orsato F qrupunda “Leypsiq” – “Real” matçını, Xose Mariya Sançes Martinez isə “Ayaks” – “Liverpul” matçını idarə edəcək.

Oktyabrın 25 və 26-da Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 25.10.2022

Növbəti yazı

Qvardiola: “Haland eyni tempdə davam etsə, onu geridə qoyacaq”