“Çikaqo”da yeni müqavilə
Hücumameylli müdafiəçi Mett Tomas özünə yeni klub tapıb. 27 yaşlı basketbolçu “Çikaqo”ya qoşulub. 196 sm boya malik oyunçu bu komandanın təlim-məşq toplanışında iştirak edəcək. Tərəflər arasında bir mövsümlük anlaşma əldə olunub. O, Avropa klublarının, xüsusilə də MOİK və “Valensiya”nın maraq dairəsində olsa da, NBA-da qalmağa üstünlük verib.
Ötən mövsümə “Toronto”da başlayan Tomas çempionatı “Yuta”da bitirib. O, bu komandada hər matçda 3,6 xal toplayıb.