Çikaqoda ikinci tennisçi yarışı tərk etdi

Çikaqoda ikinci tennisçi yarışı tərk etdi


ABŞ-ın Çikaqo şəhərində keçirilən tennis turnirində daha bir iştirakçı yarışı yarımçıq tərk edib. Rumıniyalı Ana Boqdan ikinci mərhələnin matçını başa çatdıra bilməyib. O, Varvara Qraçova ilə görüşü erkən bitirib. Ana hesab 5:7, 1:3 olduğu vaxt özünü pis hiss edib.
Boqdan Çikaqodakı turniri isti hava şəraiti üzündən dayandıran ikinci tennisçidir. Yarışın ilk günündə fransalı Klara Byurel günvurma səbəbindən matçı yarımçıq saxlayıb.

e-Topaz

Əvvəlki yazı

Premyer Liqa klubları futbolçuları qırmızı siyahıdakı ölkələrə buraxmayacaq

Növbəti yazı

Müsadirə olunan 201 milyon dollar FİFA-ya verildi