Cerrardın “Aston Villa”ya təyinatı razılaşdırıldı

Cerrardın “Aston Villa”ya təyinatı razılaşdırıldı

İngiltərənin “Aston Villa” klubunun yeni baş məşqçisi müəyyənləşib. Premyer Liqa təmsilçisini Stiven Cerrard çalışdıracaq. Şotlandiya “Reyncers”inin baş məşqçisinin Birminhem klubuna keçidi ilə bağlı bütün məsələlər razılaşdırılıb.

41 yaşlı mütəxəssis öz məşqçilər korpusunu formalaşdırmalıdır. Yaxın müddətdə təyinat rəsmən açıqlanacaq.

Cerrard “Aston Villa”nın tarixinə ən yüksək ödənişli baş məşqçi kimi düşəcək. Onun keçidi üçün “Reyncers”ə 2-3 milyon funt sterlinq kompensasiya ödəniləcək.

Qeyd edək ki, 2017-18-ci illərdə “Liverpul”un U-19 komandasında çalışan Cerrard 2018-ci ildən Şotlandiya klubunun baş məşqçisidir.

ETOPAZ

Əvvəlki yazı

“Vest Hem”in səhmlərinin 27 faizi satıldı

Növbəti yazı

İspaniya nəhəngləri ağır durumda