Cerrarda Yunanıstandan elçi

Cerrarda Yunanıstandan elçi

“Olimpiakos”un baş məşqçi postuna əsas namizəd bəlli olub. Yunanıstan klubunu Stiven Cerrard çalışdıra bilər.

İngiltərəli mütəxəssisin agentləri Pirey təmsilçisi ilə danışıqlar aparır. 42 yaşlı çalışdırıcı bu postu tutmağa əsas namizəd hesab olunur. Yunanıstanlıların digər namizədi isə Cennaro Qattuzodur.

Qeyd edək ki, Cerrardın son iş yeri “Aston Villa” olub. O, 2022-ci ilin oktyabrında Premyer Liqa klubundan ayrılıb.

ETOPAZ

Əvvəlki yazı

Benzema “150”yə çatdı

Növbəti yazı

Futbolu avtomobil idmanına dəyişdi