“Cenoa”dan “İnter”ə

“Cenoa”dan “İnter”ə

“Cenoa”nın futbolçusu Felipe Kaysedo komandasını dəyişməyə yaxındır. Hücumçu qış transfer pəncərəsinin sonuna qədər “İnter”ə keçə bilər.

Milan klubu 33 yaşlı ekvadorlunu icarəyə götürməyi planlaşdırır. “Neradzurra” onu mövsümün sonunadək heyətində görməkdə maraqlıdır. O, zədələnən Xoakin Korreanı əvəz etməlidir.

Qeyd edək ki, “İnter”in baş məşqçisi Simone İnzaqi “Latsio”da çalışdığı vaxt Kaysedo onun rəhbərliyi altında oynayıb.

ETOPAZ

Əvvəlki yazı

Şventekdən asan qələbə

Növbəti yazı

Lebron klub rekordunu təkrarladı