Çempionlar Liqasında yenilik
Çempionlar Liqasında yenilik tətbiq olunacaq. Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Qitənin ən nüfuzlu klub turnirində ofsaydın yarımavtomatik sistemlə müəyyənləşdirilməsindən istifadə ediləcək. Yeniliyin tətbiqi qrup mərhələsindən başlayacaq.
Bu sistem topa yerləşdirilən çip və futbolçuların bədənindəki 29 nöqtəyə əsasən qərar verəcək. VAR-ın orta hesabla 70 saniyəyə verdiyi qərarı yeni sistem 25 saniyəyə həll edə biləcək.