Çempionlar Liqasında yarımfinal cütləri müəyyənləşdi

Çempionlar Liqasında yarımfinal cütləri müəyyənləşdi

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Avropanın ən nüfuzlu klub turnirində son yarımfinalçılar da müəyyənləşib.

İspaniya klubları “Real” və “Vilyarreal”dan sonra İngiltərə təmsilçiləri “Liverpul” və “Mançester Siti” finalın bir addımlığına vəsiqə qazanıb. Yarımfinalda İspaniya – İngiltərə duelləri baş tutacaq. Belə ki, “Real” “Mançester Siti”yə, “Vilyarreal” isə “Liverpul”a rəqib olub.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları aprelin 26-sı və 27-si baş tutacaq. Çərşənbə axşamı “Liverpul” – “Vilyarreal”, çərşənbə günü isə “Mançester Siti” – “Real” qarşılaşmaları keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti” və “Liverpul” yarımfinalda

Növbəti yazı

“Mançester Siti” 100-ə çatdı