Çempionlar Liqasında rekord

Çempionlar Liqasında rekord

Karlo Ançelotti Çempionlar Liqasında yeni rekorda imza atıb. “Real”ın baş məşqçisi karyerası ərzində 5-ci dəfə komandasını finala çıxarıb.

Bununla da Ançelotti həmyerlisi Marçelo Lippinin rekordunu arxada qoyub. 62 yaşlı mütəxəssisin yetirmələri yarımfinalda “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb – 3:4, 3:1.

Ançelotti 2003-cü, 2005-ci, 2007-ci illərdə “Milan”, 2014-cü ildə “Real”la finala yüksəlib. Turnirin üçqat qalibi olan mütəxəssis yalnız 2005-ci ildə finalda “Liverpul”a penaltilərlə uduzub. 2 il sonra eyni rəqibdən revanş alınıb.  “Real” mayın 28-də Parisdə keçiriləcək finalda “Liverpul”la qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Həftənin oyunçusu adına dörd namizəd

Növbəti yazı

Benzema Ronaldoya çatdı