Benzema Ronaldoya çatdı

Benzema Ronaldoya çatdı

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Mançester Siti” üzərində 3:1 hesablı qələbə qazanan “Real” finala yüksəlib. Qarşılaşmada son nöqtəni qoyan “kral klubu”nun hücumçusu Kərim Benzema rekorda bir addım da yaxınlaşıb.

Cari mövsüm pley-off mərhələlərində qollarının sayını 10-a çatdıran fransalı ulduz futbolçu sabiq komanda yoldaşı Kriştiano Ronaldonun göstəricisini təkrarlayıb. Portuqaliyalı 2016/17 mövsümündə məhz “Real”ın heyətində bu uğura nail olub.

İndi Benzemanı tarixi rekorddan 2 top ayırır. O, final matçında daha iki dəfə fərqlənsə, “Real”ın digər əfsanəsi Ferens Puşkaşın rekordunu təkrarlayacaq. Maraqlıdır ki, siyahıda ilk “4-lük”dəki oyunçuların hamısı “Real”da bu uğura imza atıb. Alfredo Di Stefano da bir mövsümdə 1/8-dən finala qədər 10 dəfə rəqibləri məyus edib.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasında rekord

Növbəti yazı

Peyton 1 ay meydanlardan kənar qalacaq