Çempionlar Liqasında püşk yenidən atıldı
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü yenidən atılıb. İlk püşk zamanı buraxılan kobud texniki səhv üzündən tədbir yenidən baş tutub.
Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edib. 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.
Çempionlar Liqası
1/8 final
“Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya)
“Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)
“Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland)
“Çelsi” (İngiltərə) – “Lill” (Fransa)
“Atletiko” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
“Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya)
“İnter” (İtaliya) – “Liverpul” (İngiltərə)
PSJ (Fransa) – “Real” (İspaniya)