Çempionlar Liqasında 1/8 final cütləri

Çempionlar Liqasında 1/8 final cütləri

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib. Qrup qalibi olan komandalar ikinci yer sahibləri ilə üz-üzə gələcək. İlk matçlar qrup mərhələsində ikinci yeri tutanların meydanında keçiriləcək.

Qeyd edək ki, 1/8 final mərhələsi 2024-cü ildə keçiriləcək. İlk oyunlar fevralın 13-14 və 20-21-də, cavab görüşləri martın 5-6 və 12-13-də baş tutacaq.

“Porto” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
“Napoli” (İtaliya) – “Barselona” (İspaniya)
PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya)
“İnter” (İtaliya) – “Atletiko” (İspaniya)
PSV (Niderland) – “Borussiya” (D, Almaniya)
“Latsio” (İtaliya) – “Bavariya” (Almaniya)
“Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə)
“Leypsiq” (Almaniya) – “Real” (İspaniya)

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” Fillips üçün danışıqlara başlayır

Növbəti yazı

“Real”ın Alaba planı