Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Çempionlar Liqasında ən erkən het-trik
“Bavariya”nın futbolçusu Robert Levandovski Çempionlar Liqası tarixinə düşüb. O, turnirdə ən erkən het-trik müəllifi olub.
Polşalı hücumçu Münhendəki “Alyans Arena”da Avstriya “Zaltsburq”u ilə 1/8 final mərhələsinin cavab qarşılaşmasında (7:1) 23 dəqiqəyə 3 qol vurub. 33 yaşlı forvard 12-ci və 21-ci dəqiqələrdə penaltidən, 23-cü dəqiqədə isə oyun epizodundan fərqlənib.
Bununla da Levandovski İtaliya “Milan”ının hücumçusu Marko Simoneyə məxsus rekordu qırıb. Simone 1996-cı ildə Norveç “Rusenborq”u ilə qarşılaşmada ilk 24 dəqiqə ərzində 3 qol vurmuşdu.