Çempion məğlubiyyətlə başladı

Çempion məğlubiyyətlə başladı

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə daha iki komanda mübarizəyə qoşulub. İlk turun ikinci oyun günü “Azersun Arena”da başa çatıb.

Son çempion “Qarabağ” öz meydanında “Zirə” ilə görüşüb. Matçın taleyini bir qol həll edib.

İkinci hissənin əvvəlində fərqlənən Dmitrios Çantaklias Bakı klubuna üç xal qazandırıb.  Bu, “Zirə”nin tarixinə “Qarabağ” üzərində ilk qələbə kimi düşüb. Qurban Qurbanovun yetirmələri isə mövsümə məğlubiyyətlə başlayıb.

Qeyd edək ki, I tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt”dan böyükhesablı qələbə

Növbəti yazı

Tsitsipasdan növbəti titul