Çemberlenin rekordu qırıldı

Çemberlenin rekordu qırıldı

“Denver” pley-offun ikinci raundunun 5-ci oyununda “Finiks”ə qalib gəlib. 118:102 hesablı qələbədə əsas pay sahiblərindən biri Nikola Yokiç olub.

Onun tripl-dablı komandasını seriyada irəli çıxarıb – 3:2. Yokiç 29 xal, 13 ribaund və 12 ötürməyə imza atıb.

Bu, Nikolanın pley-offda 10-cu tripl-dablıdır. O, mərkəz oyunçuları arasında yeni rekorda imza atıb. Yokiç əfsanəvi Uilt Çemberleni arxada qoyub. Sonuncu pley-offda 9 tripl-dablın müəllifi olub.

Mütləq rekord isə Mecik Consona məxsusdur – 30 dəfə. Lebron Ceyms 28, Rassell Uestbruk 12, Ceyson Kidd 11 dəfə buna nail olub.

ETOPAZ

Əvvəlki yazı

Buskets seçim qarşısında

Növbəti yazı

“Arsenal”dan Saka qərarı