“Çelsi”yə daha bir namizəd

“Çelsi”yə daha bir namizəd

“Çelsi”nin baş məşqçisi postuna daha bir namizəd bəlli olub. “Tottenhem”dən ayrılan Antonio Konte “zadəganlar”ın sükanı arxasına keçə bilər.

İtaliyalı mütəxəssis yayda bu postu tutmağa namizəddir. London klubu mövsümü Frenk Lempardla başa çatdırmaq niyyətindədir. Yayda isə yeni baş məşqçi gətiriləcək.

Hazırda Yulian Naqelsmann, Maurisio Poçettino və Luis Enrike ilə də danışıqlar aparılır. Konte 2016-18-ci illərdə də “Çelsi”ni çalışdırıb. O, İngiltərə çempionluğu və kubokunu qazanıb.

ETOPAZ

Əvvəlki yazı

60 ildən sonra “Nou Kamp”da 4 qol

Növbəti yazı

Puşkaşdan sonra ilk dəfə