“Çelsi”nin müdafiəçisi “Atletiko”nun hədəfində

“Çelsi”nin müdafiəçisi “Atletiko”nun hədəfində

“Çelsi”nin sol cinah müdafiəçisi Markos Alonso mövsümün sonunda karyerasını La Liqada davam etdirə bilər. 31 yaşlı ispaniyalı futbolçu ilə “Atletiko Madrid” maraqlanır.

Alonso “Çelsi”də əsas heyət oyunçularından deyil. Bu üzdən transferin alınması mümkün görünür. Onun London klubu ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdir.

Qeyd edək ki, Markos Premyer Liqada mövsümün 19 matçında meydana çıxıb, 1 qol və 3 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Uinks Premyer Liqa klublarının hədəfində

Növbəti yazı

“Napoli” Osimhenin yekun qiymətini müəyyənləşdirdi