“Çelsi”nin hədəfindəki qapıçı
“Latsio”nun qapıçısı Tomas Strakoşa karyerasını Premyer Liqada davam etdirə bilər. Qolkiper “Çelsi”nin hədəfinə düşüb.
Kepa Arrizabalaqanın bu yay komandanı tərk edəcəyi təqdirdə London klubu qapıçını heyətinə qatmaq niyyətindədir. Albaniyalı qolkiperin “Latsio” ilə müqaviləsi iyunun 30-da başa çatır.