“Çelsi”də istefa

“Çelsi”də istefa

 “Çelsi” Tomas Tuxeli istefaya göndərib. Bu, Çempionlar Liqasının ilk turundan sonra baş verib.

Zaqreb “Dinamo”suna 0:1 hesablı məğlubiyyətdən sonra almaniyalı ilə klub arasında yollar ayrılıb. Bu, Tuxelin “Çelsi”də həm də yubiley – 100-cü görüşü idi.

Qeyd edək ki, 2021-ci ilin yanvarından “göylər”ə rəhbərlik edən mütəxəssis komanda ilə Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionluğunu qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Messi 8 ildən sonra ilk dəfə

Növbəti yazı

“Leypsiq”də vida