“Çelsi”dən 18-ci “qol yağışı”
İngiltərə Premyer Liqasının IX turunda “Norviç”lə qarşılaşan “Çelsi” 7:0 hesablı qələbə qazanıb. London klubu Premyer Liqada 18-ci dəfə bir oyunda 6 və ya daha çox qol vurub. Bu, turnirin rekordudur.
“Çelsi” həm də baş məşqçisi Tomas Tuxelin rəhbərliyi altında ən böyükhesablı qələbəsini qazanıb. Paytaxt təmsilçisi almaniyalı ilə əvvəlki oyunlarda 4-dən artıq top vurmayıb.