“Çelsi”dən 170 milyonluq təklif

“Çelsi”dən 170 milyonluq təklif

“Napoli”nin futbolçusu Viktor Osimhen “Çelsi”nin transfer siyahısında yer alıb. İngiltərə klubu nigeriyalı hücumçunu yanvarda heyətinə qatmaq istəyir.

Londonlular yayda keçidini həll edə bilmədiyi 24 yaşlı forvardı yenidən transfer hədəfinə çevirib. “Çelsi” onun üçün 170 milyon avro təklif etmək fikrindədir.

Viktor cari mövsümdə 7 oyun keçirib. Onun hesabında 4 qol və 1 assist var.

ETOPAZ

Əvvəlki yazı

Kamavinqaya yeni müqavilə

Növbəti yazı

Azpilikueta 500-ə çatdı