“Çelsi”dən 15 milyonluq transfer

“Çelsi”dən 15 milyonluq transfer

 “Aston Villa”nın yarımmüdafiəçisi Karni Çukvuemeka “Çelsi”yə keçəcək. Bunu London klubunun mətbuat xidməti açıqlayıb.

Tərəflər 18 yaşlı futbolçunun transferində razılıq əldə ediblər. Londona yollanan yarımmüdafiəçi tibbi müayinədən keçdikdən və şəxsi müqaviləsinin detallarını razılaşdırdıqdan sonra müqavilə imzalayacaq.

Bu transfer 15 milyon funt sterlinqə gerçəkləşəcək. Futbolçu 6 illik anlaşmaya imza atacaq.

ETOPAZ

Əvvəlki yazı

Muqurusadan imtina

Növbəti yazı

Fodenin maaşı 7,5 dəfə artırılır