“Çelsi”də seçim

“Çelsi”də seçim

“Çelsi”də penaltiləri kimin vuracağı müəyyənləşib. İngiltərə klubunda 11 metrlik zərbələri Kay Haverts yerinə yetirəcək.

Bunu baş məşqçi Qrem Potter açıqlayıb. O bildirib ki, seçimi almaniyalının üzərində dayandırıb. Kay komandada yeni ştat penaltiçisi təyin edilib.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasının 1/8 final mərhələsinin bu gün baş tutacaq cavab oyununda Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.

ETOPAZ

Əvvəlki yazı

“Real”dan “Barselona”ya

Növbəti yazı

“Milan”da itki təhlükəsi