“Çelsi”də istefa: “Everton”a getdi

“Çelsi”də istefa: “Everton”a getdi

“Çelsi”də daha bir məşqçi ayrılığı baş verib. Akademiyanın məşqçisi Eşli Koul vəzifəsindən istefa verib.

Tomas Tuxelin köməkçisi Co Edvards kimi, Koul da bundan sonra fəaliyyətini “Everton”da davam etdirəcək. Sabiq müdafiəçi vaxtilə çiyin-çiyinə çıxış etdiyi Frenk Lempardın Liverpul klubundakı məşqçi korpusuna qoşulub. 41 yaşlı mütəxəssisi “Çelsi”yə də 2019-cu ildə həmin komandaya baş məşqçi təyin olunan Lempard aparmışdı. Koul ötən il həm də İngiltərənin U-21 yığmasında baş məşqçinin köməkçisi kimi çalışıb.

ETOPAZ

Əvvəlki yazı

Devis aprelədək oynamayacaq

Növbəti yazı

“Barselona” müdafiəçisini itirdi