“Çelsi” Kaysedonun keçidinə əmindir
“Çelsi” heyətini gücləndirmək niyyətindədir. Klub “Brayton”un yarımmüdafiəçisi Moyzes Kaysedo ilə maraqlanır.
Tərəflər müqaviləni 90 milyon avroya razılaşdırmaq üçün danışıqlar aparırlar. Kaysedo ilə “Çelsi” arasında uzunmüddətli sözləşmə imzalanacaq.