“Çelsi” Emersonu qaytarır

“Çelsi” Emersonu qaytarır

“Çelsi” futbolçusu Emersonu icarədən geri çağırmağa qərar verib. “Lion”da çıxış edən müdafiəçinin qayıtmasında baş məşqçi Tomas Tuxel maraqlıdır.

İngiltərə klubu bunun üçün lionlulara müraciət etsə də, imtina cavabı alıb. Londonlular Emersonun qayıdışı üçün Fransa təmsilçisinə kompensasiya da ödəməyə razıdır.

“Çelsi” mövsümün sonunadək sıradan çıxan müdafiəçisi Ben Çiluellə əvəzləyici axtarır. Emerson bunun əsas namizəd sayılır. “Everton”dan Lyuk Dinin keçidi də gündəmdə olsa da, bu variantın reallaşma ehtimalı aşağıdır.

ETOPAZ

Əvvəlki yazı

Zlatanın 80-ci “qurban”ı

Növbəti yazı

“Milan”ın müdafiəçisi “Sampdoriya” ilə müqavilə imzalayır