“Çelsi” Ceymsi itirdi
“Çelsi”də ciddi itki baş verib. Komandanın müdafiəçisi Ris Ceyms zədələnib.
O, İngiltərə çempionatının 16-cı turunun “Everton”la matçında xəsarət alıb. Bunu klubun rəsmi saytı açıqlayıb. Tibbi müayinə zamanın onun bud nahiyəsindən zədə aldığı müəyyən edilib. Futbolçunun sağalması fevral-mart aylarına qədər davam edəcək.