Cekson NBA-ya qayıdır

Cekson NBA-ya qayıdır

“Sakramento”nun baş məşqçisi postuna əsas namizəd bəlli olub. Bu vəzifəyə əsas iddiaçı Mark Ceksondur.

2011-14-cü illərdə “Qolden Steyt”i çalışdıran mütəxəssis hazırda televiziyada ekspert kimi işləyir. O, namizədlər siyahısında yeganə mütəxəssis deyil. “Qolden Steyt”in assistenti Mayk Braun və “Bruklin”in məsləhətçisi Stiv Klifford da bu posta iddia edir.

Qeyd edək ki, Qərb konfransında 12-ci olan “Sakramento” ardıcıl 16-cı dəfə pley-offdan kənar qalıb. Klub rəhbərliyi mövsüm bitdikdən sonra Elvin Centri ilə vidalaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Atletiko”nun iki hədəfi

Növbəti yazı

İbrahimoviç futbol agenti olmaq niyyətindədir