Canni İnfantino: “Qərar veriləndə 40 komanda var idi”
FİFA-nın prezidenti Canni İnfantino dünya çempionatlarının iki ildən bir təşkilinin üstünlüklərini açıqlayıb. 51 yaşlı isveçrəli turnirin hətta hər il keçirilməsi barədə fikrə də müsbət yanaşıb:
“Dünya çempionatlarının iki ildən bir keçirilməsinin üstünlükləri aşkar görünür. Bu, yüksək səviyyəli yarışda bütün dünyaya daha çox ümid və sensasiya imkanıdır. Çempionatların 4 ildən bir keçirilməsinə qərar veriləndə 40 komanda var idi, indi isə bu rəqəm 211-dir. Bir çempionatın 5 ölkədə təşkili barədə söhbətlər gəzir. Əgər biz dünya çempionatını hər il keçirsək, 20 ildə yarış 100 ölkədə təşkil oluna bilər”.