Canni İnfantino Braziliya – Argentina oyunu barədə: “Bu, ağılsızlıqdır”

Canni İnfantino Braziliya – Argentina oyunu barədə: “Bu, ağılsızlıqdır”


FİFA-nın prezidenti Canni İnfantino DÇ-2022-nin seçmə mərhələsinin yarımçıq qalan Braziliya – Argentina matçına münasibət bildirib. Qurum başçısı San-Pauludakı qarşılaşmanın 6-cı dəqiqədə dayandırılmasından narahatçılığını gizlətməyib. İnfantino bütün problemlərin kökündə koronavirus pandemiyası dayandığını da etiraf edib: “Braziliya – Argentina oyununda nələr baş verdiyini hamımız gördük. Cənubi Amerikanın iki ən adlı-sanlı komandası qarşılaşırdı. Bəzi məmurlar, polis və təhlükəsizlik xidmətinin əməkdaşları meydana daxil oldular. Bu, qarşılaşmanın startından bir neçə dəqiqə sonra baş verdi. Onlar bəzi oyunçuları aparmaq istəyirdilər. Bu, ağılsızlıqdır. Amma biz bu problemi həll etməliyik. Bütün bu məsələlər koronavirusla bağlı böhran fonunda yaranır”.
Xatırladaq ki, oyunun start fitindən az sonra meydana daxil olan səhiyyə nazirliyinin əməkdaşları və polislər matçın dayandırılmasını istəyib. Onlar Argentina millisinin İngiltərə Premyer Liqasında çıxış edən 4 futbolçusunun karantin qaydalarını pozduğunu əsas gətiriblər. Bu oyunçular Emiliano Martines, Emiliano Buendia, Kristian Romero və Covanni Lo Çelsodur.

ETOPAZ

Əvvəlki yazı

Leroy Sane İngiltərə Premyer Liqasına qayıdır

Növbəti yazı

Alize Conson “Çikaqo”da