Canni de Byazi: “Öz sözümüzü deyə bilərik”
Bu gün Millətlər Liqasında 2022/23 mövsümünün püşkü atılıb. Azərbaycan millisi Slovakiya, Belarus və Qazaxıstan – Moldova cütünün qalibi ilə birlikdə C liqasının 3-cü qrupunda mübarizə aparacaq. Yığmamızın italiyalı baş məşqçisi Canni de Byazi püşkü dəyərləndirib:
“Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq. Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik”.