Canni De Byazi: “Gələcək üçün yaxşı işlər görə bilərik”

Canni De Byazi: “Gələcək üçün yaxşı işlər görə bilərik”

Millətlər Liqasında 5-ci turun oyunları keçirilir. Millimiz səfərdə Slovakiyanı məğlub edib – 2:1.

Oyundan sonra yığmamızın baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Oyuna yaxşı başladıq. Renat gözəl qol vurdu. Hərçənd qola qədər üç imkanımız olmuşdu. İkinci hissə isə bir qədər fərqli oldu. Yorğunluq hiss olunurdu. Gənc komandamız var. Gələcək üçün yaxşı işlər görə bilərik. Bizə vaxt lazımdır ki, daha çox inkişaf edək. Oyundan çox razı qaldım. Futbolçular bütün tapşırıqları yerinə yetirdi. Xoşuma gəlməyən məqam pressinq zamanı oyunu daha yaxşı idarə edə bilməməyimiz oldu. Futbolçuların fiziki durumu yaxşı idi. Bəzilərində isə yorğunluq nəzərə çarpırdı.Sabah istirahət edib, ümumi vəziyyətə baxacağıq. Qazaxıstanla oyunda kimin oynayacağını deyə bilmərəm. Riçard Almeyda ikinci sarı vərəqə aldığı üçün komandaya kömək edə bilməyəcək. Onun cəzalı duruma düşməsi məni məyus etdi. Bu gün çox yaxşı oynadı. Hətta daha əvvəl milliyə çağırmadığım üçün ondan üzr istədim. Əvvəllər başqa cür düşünürdüm. Gənclərə şans vermək istəyirdim. Gənclərlə yanaşı, təcrübəli oyunçulara da şans vermək lazımdır”.

ETOPAZ

Əvvəlki yazı

Millimizdən ardıcıl ikinci qələbə

Növbəti yazı

38 yaşında debüt etdi